AZ

Suriyada İŞİD-ə qarşı əməliyyat - Onlarla şəxs saxlandı 

Suriya Daxili İşlər Nazirliyi İslam Dövləti(İŞİD) terror qruplaşmasının özəklərinə qarşı profilaktik əməliyyat zamanı 71 nəfəri saxlayıb.


Manset.az xəbər verir ki, məlumatı Əl-İxbariyyə TV yayıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif əyalətlərində 61 reyd keçirib: "Qrupun yüksək rütbəli, təhlükəli, orta səviyyəli və sıravi liderləri saxlanılıb".

Daha əvvəl ABŞ qüvvələrinin Suriyanın şimalında İŞİD-in terrorçu qrupun ölkədəki növbəti lideri olacağı gözlənilən yüksək rütbəli üzvünü öldürdüyü bildirilib.

Seçilən
8
3
manset.az

4Mənbələr