AZ

Romada azərbaycanlı qız itkin düşüb Ailəsi yardım istəyir + FOTO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

 İtaliyanın paytaxtı Romada azərbaycanlı qadın Sona Quliyeva Camil qızı itkin düşüb.

"AzPolitika" bildirir ki, bu barədə "Facebook" qruplarında məlumat və foto paylaşılıb. Qeyd olunur ki, onunla son əlaqə noyabrın 3-də olub.

Yaxınlarının verdiyi məlumata görə, Sona xanım həmin gün Bakından Roma istiqamətində uçub və hava limanına endikdən sonra yaxınlarına “Romaya çatdım” sözləri ilə video göndərib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.

İtkin düşən qadının boyu təxminən 165 sm, çəki 50 kq, arıq bədən quruluşludur. Onunla birlikdə böyük məbləğdə pul və mobil telefon olduğu bildirilir.

Ailəsi və dostları artıq 6 gündür ki, ondan xəbər ala bilmir. Mesajlara və zənglərə cavab vermədiyi, telefonuna da zəng çatmadığı qeyd olunur.

Yaxınları məsələ ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə də müraciət ediblər. Lakin Bakıda bayram günləri olduğu üçün aidiyyəti qurumlarla əlaqə məhdud olub.

İtaliyada yaşayan həmvətənlərdən və Romada olan hər kəsdən Sona Quliyeva barədə məlumatı olanların əlaqə saxlaması xahiş olunur.

Məlumatı paylaşan Fidan Zərbəliyeva, hər kəsdən yardım və dəstək istəyib.

"AxPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azpolitika.info

1Mənbələr