Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda daha bir böyük uğura imza atıb.
Pərviz Qasımov 8 Noyabr Zəfər günü münasibətilə Rumıniyada keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq çempion olub və bayrağımızı qaldırıb.
Qeyd edək ki, bundan əvvəl Pərviz Qasımov Bakıda, Barselonada keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.


