AZ

BƏƏ-də yeni təbii qaz yataqları aşkar edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Milli Neft Korporasiyası (SNOC) 2024-cü ildə kəşf edilən “Hedebah” qaz-kondensat yatağında yeni təbii qaz ehtiyatları aşkar edib.

Bu barədə SNOC rəsmi məlumat yayıb.

Bildirilir ki, yatağın 13 200 fut (təxminən 4 236 metr) dərinlikdə qazılmış “Hedebah-02” quyusunda işlər uğurla başa çatdırılıb, qaz ehtiyatları zonaların mövcudluğu təsdiqlənib.

Məlumata görə, 2024-cü ildə qazılan “Hedebah-01” kəşfiyyat quyusunda da təbii qaz və kondensat ehtiyatları aşkar edilib, yataqda əmtəəlik qaz hasilatına başlanılıb.

SNOC qeyd edir ki, qurudakı “Hedebah” qaz-kondensat yatağı Şarca əmirliyində beşinci və son beş ildə ikinci böyük kəşfdir.

MənbəOXU.AZ
Seçilən
25
banker.az

1Mənbələr