AZ

Salyanda “Məktəbli Kuboku”na start verilib

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Salyanda “Məktəbli Kuboku” turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, açılış mərasimindən sonra ilk oyunlar keçirilib.

Turnirdə 7-ci sinif oğlanlar, eləcə də 5-ci sinif oğlan və qız komandaları olmaqla ümumilikdə 48 məktəb iştirak edir.

Daxili birinciliklər başa çatdıqdan sonra hər üç kateqoriya üzrə çempion komandalar Salyanı bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.

Qeyd edək ki, turnirin əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və uşaqlarda komanda ruhunun formalaşmasına dəstək verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində yarışlar keçiriləcək və qaliblər respublika birinciliyində mübarizə aparacaq.

İdman.Biz

Məqalədə:
Seçilən
24
4
idman.biz

8Mənbələr