AZ

Tayson Ceyk Pola qarşı revanşa hazır olduğunu bildirib

ain.az, Azpost portalına istinadən məlumat yayır.

Əfsanəvi boksçu Mayk Tayson ötən il məğlub olduğu Ceyk Pola qarşı revanş döyüşü keçirməyə hazır olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Tayson özü açıqlama verib.

“Son döyüşümdən sonra çox şey öyrəndim. Həddindən artıq çox çalışmışdım, məşqlərdə özümü çox yormuşdum. Çox gərgin idim, hər şeydə ifrata varmışdım. İndi isə başa düşürəm ki, daha sakit və rahat olmalıyam”, – deyə Tayson bildirib.

O əlavə edib: “Düşünürəm ki, çox intensiv məşq etmişdim və döyüş gücümün böyük hissəsini zalda qoymuşdum. Ümid edirəm ki, revanşı reallaşdıra bilərik. O, son döyüşdə yaxşı çıxış etdi, amma mən bir daha sınamaq istəyirəm”.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azpost.info

4Mənbələr