AZ

Dronlar başımızın üstündə uçurdu...

ain.az, Azpost saytına istinadən bildirir.

Məşhur aktrisa Ancelina Coli Ukraynaya səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

AzPost bildirir ki, humanitar fəaliyyəti ilə tanınan Hollivud aktrisası noyabrın əvvəlində Xerson və Nikolayevə səfər edib və orada cəbhə xəttində yaşayan ailələrlə görüşüb.

“Dronların təhlükəsi daim baş üzərindədir. Göydə zəif bir uğultu. Burada ona “insan safarisi” deyirlər: dronlar insanları daim izləmək, ovlamaq və terror etmək üçün istifadə olunur. Bir mqamda dayanıb dronun başımızın üstündən uçmasını gözləməli olduq. Mən qoruyucu geyimdə idim, amma buradakı ailələr hər gün bununla yaşayırlar”, – deyə Coli İnstaqramda yazıb.

O, belə bir şəraitdə məktəblərin, xəstəxanaların və uşaq bağçalarının yerin altında fəaliyyət göstərməyə davam etməsini izləməyin “çətin, lakin ilhamverici” olduğunu söyləyib. Coli paylaşımında bir çox həmsöhbətinin daimi təhlükənin psixoloji yükündən və dünya tərəfindən unudulmaq qorxusundan danışıb.

Aktrisa vurğulayıb ki, bu qədər böyük diplomatik potensiala malik bir dünyada Ukrayna, Sudan, Qəzza, Yəmən, Konqo Demokratik Respublikası və bir çox başqa yerlərdə mülki şəxslərin hər gün necə əziyyət çəkdiyini anlamaq çətindir: “Sanki hakimiyyətdə olanların bu münaqişələri dayandırmaq və bütün mülki şəxsləri bərabər şəkildə qorumaq üçün heç bir yolu yoxdur”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azpost.info

2Mənbələr