AZ

Azərbaycanın İrandakı Səfirliyi tərəfindən Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən 08 noyabr 2025-ci il tarixdə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. SİA xəbər verir ki, rəsmi qəbuldaİran Parlamentinin deputatları, İran Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, dövlət qurumlarının rəsmi şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin anılması və dövlət himnlərinin səsləndirilməsi ilə başlanan rəsmi qəbulda ölkəmizin şanlı qələbəsini, ordumuzun nailiyyətlərinivə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov 44 günlük Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlar, ələ keçirdiyi hərbi qənimətlər haqqında iştirakçılara məlumat vermişdir. Hərbi attaşe, Azərbaycan-İran dövlət sərhəddinin 132 kilometrlik hissəsinin də işğaldan azad olunduğunu vurğulayaraq Azərbaycan Respublikası Prezidentinin bu münasibətlə hər iki ölkə xalqlarına təbrik mesajını xatırlatmış, Ali Baş Komandanın Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırdığını qeyd etmiş, işğaldan azad olunmuş ərazilərimizdə İranla birgə hərbi təlimlərin keçirildiyini və hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndiyini bildirmişdir. Polkovnik Elvin Qasımov Azərbaycan Silahlı Qüvvələrinin zəngin döyüş təcrübəsinin bir çox ölkələr tərəfindən öyrənildiyini, ordumuzun yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağa daim hazır olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 30 ilə yaxın müddətdə davam edən səylərdən və səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu və ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini bildirmişdir. Səfir, 44 günlük Vətən Müharibəsi ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini və möhkəm birliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır.

Səfir Əli Əlizadə, Azərbaycanın Zəfər müharibəsindən dərhal sonra beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip üzrə sülh müqaviləsi layihəsini təqdim etdiyini və bunun nəticəsində cariilin avqust ayının 8-də Vaşinqtonda, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini parafladığını diqqətə çatdırmışdır. Səfir, Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqət və qayğısı ilə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin bir daha Azərbaycanın regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərinin və qətiyyətinin təzahürü olduğunu qeyd etmişdir.

30 ilə yaxın bir dövrdə işğal altında olmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin tam bərpa edilməsinin Azərbaycan-İran əlaqələrinə də öz xüsusi töhfəsini verdiyini vurğulayan Əli Əlizadə, qeyd olunan ərazilərdə də ağıllı kənd və şəhərlərin, geniş avtomobil yolları və dəmiryolunun, çoxsaylı infrastruktur layihərinin tikintisinin, kommunikasiya bağlantılarının yaradılmasının, İranla sərhəddə yeni Ağbənd-Kəlalə körpüsünün inşasının Azərbaycanın dost və qardaş İranla əlaqələrinin inkişafında və əməkdaşlığının daha da möhkəmləndiriməsində qətiyyətini bir daha təsdiq etdiyini diqqətə çatdırmışdır.

Əli Əlizadə, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək Zəfər Günü münasibətilə, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik etmişdir.

Rəsmi qəbul, milli mətbəximizin təamları ilə verilən ziyafət və Azərbaycan musiqilərin ifası ilə davam etmişdir. Qonaqlar həmçinin, Azərbaycanın Vətən Müharibəsinə və Zəfər Gününə dair təşkil olunmuş foto sərgi ilə də tanış olmuşlar.

Seçilən
7
12
sia.az

10Mənbələr