AZ

Ailələr “ChatGPT”yə qarşı iddia qaldırdı

Kanada və ABŞ-dən olan bir neçə ailə “ChatGPT” istifadəçilərinin intihar etməsi və ya ağır psixoloji zərər görməsi ilə bağlı “OpenAI” şirkətinə qarşı məhkəməyə müraciət edib.

Dörd iddia intihar halları, üçü isə ciddi psixoloji travmalarla əlaqədardır. İddiaçılar “OpenAI”ni “ChatGPT”-nin istifadəçiləri intihara təhrik etməkdə ittiham ediblər.

Onlar həm maddi təzminat, həm də süni intellekt sistemində dəyişikliklər tələb edirlər. Tələb olunan dəyişikliklər arasında intihar mövzularının müzakirəsi zamanı söhbətin avtomatik dayandırılması da var.

Seçilən
12
3
news365.az

4Mənbələr