AZ

Tuxel Bellingemə meydanda yer tapmağa çalışır - ARENA.AZ

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel “üç şir”in hücumameyilli yarımmüafiəçisi Cud Bellingem haqda qənaətini açıqlayıb.

Arena.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Cud qayıdır. Onun əsas üstünlüklərindən biri – “10 nömrə” mövqeyindən qollar vurmaq bacarığıdır. Biz onun üçün meydanda yer tapmağa çalışacağıq ki, o, çıxıb qollar vura bilsin”, deyə Tuxel vurğulayıb.

Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Bellingem cari mövsümdə meydana çıxdığı 10 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 110 oyun, 41 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 44 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
33
29
arena.az

10Mənbələr