Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri İvate prefekturasının şərqində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Yaponiyanın şimal-şərq sahilləri üçün müvəqqəti sunami xəbərdarlığı edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.