AZ

AKAF “Zəfər Gününə suda ehtiram” devizi altında tədbir keçirib Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) noyabrın 9-da federasiyanın binasında mətbuat konfransı təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev və Qlobal Kanal Avarçəkmə Aksiyasının səlahiyyətli nümayəndəsi Ken Li iştirak edib.

Media nümayəndələrini salamlayan rəsmilər hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə təbrik ediblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə yazdığı şanlı zəfər tarixini diqqətə çatdırıblar.

Qlobal Kanal Avarçəkmə Aksiyasının nümayəndəsi Ken Li ötən il Bakıda keçirilmiş COP29 ərəfəsində “Təmiz suda avar çək” devizi altında avarçəkmə yürüşündən söhbət açıb. Qeyd olunub ki, aksiyanın əsas məqsədi ekoloji problemlərlə mübarizədir. Ümumilikdə dünyanın 100 şəhərini əhatə edən aksiya bu il COP30 çərçivəsində Braziliyanın Belem şəhərində davam edəcək.

Daha sonra federasiyanın 2025-ci ildəki nəticələri ilə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycan Kanoe və Avarçəkmə federasiyası tərəfindən “Mingəçevir Reqatası” və “Prezident Kuboku” kimi beynəlxalq yarışlar keçirilib. Bu yarışlar həm də Qarabağı əhatə edib. Füzulidə Köndələnçay, Ağdərədə isə Suqovuşanda yarışların müəyyən günləri təşkil olunub. Həmçinin avarçəkənlər 2025-ci ildə ümumilikdə müxtəlif beynəlxalq yarışlarda 8 qızıl, 17 gümüş, 17 bürünc olmaqla ümumilikdə 42 medal qazanıb.  

Mətbuat konfransı başa çatdıqdan sonra 100 nəfərdən artıq avarçəkənin Xəzər dənizində kayak, kanoe, akademik növlərdə və draqon qayıqlarında nümunəvi çıxışları baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
3
qafqazinfo.az

4Mənbələr