ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Trampla "F-35" döyüş təyyarələri ilə bağlı aparılan son danışıqlar müsbət nəticələr verib və Ankara verilən vədələrin reallaşacağına ümid edir.
Milli.Az xəbər verir ki, dövlət başçısı bu fikirləri 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanda keçirilən tədbirlərdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında səsləndirib.
"ABŞ prezidenti Donald Trampla son danışıqlarımızda əhəmiyyətli irəliləyişlər əldə etdik. Ümidvaram ki, verilən vədlər tezliklə yerinə yetiriləcək", - deyə Ərdoğan vurğulayıb.
Kənan
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.