AZ

Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək

Fransanın dövlət borcu, yeni kreditlər üzrə faizlər də artmaqda davam edir, beləliklə, gələn il ölkənin borc yükü 74 milyard avroya çatacaq.

Bunu Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi “La Tribune Dimanche” qəzetinə müsahibəsində deyib.

“Biz dövlət maliyyə tariximizdə tamamilə görünməmiş bir məqama yaxınlaşırıq: Borc yükü tezliklə dövlətin əsas xərc maddəsinə çevriləcək. Bu o deməkdir ki, fransızların gözlədiyi müsbət prioritetlər üçün daha az pul olacaq: ətraf mühit və rəqəmsal keçidin və müdafiənin maliyyələşdirilməsi”, – deyə o vurğulayıb.

Moskovisinin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatını dəstəkləmək üçün rəsmi Paris Fransa üçün borc faizinin yüksəldiyi bir vaxtda 310 milyard avro borc götürməli olacaq.

Eyni zamanda o, beynəlxalq agentliklər tərəfindən ölkənin kredit reytinqinin aşağı salınmasını “əhəmiyyətsiz” adlandırıb və qeyd edib ki, bu prosedurlar faktiki olaraq faiz dərəcələrinin artması şəklində bazarda artıq formalaşmış reallıqları əks etdirir:

“Biz hələ də kreditlər alırıq, lakin getdikcə artan qiymətlərlə. Biz 2026-cı ildə müdafiə investisiyalarını maliyyələşdirəcək Almaniyanın daxil olması ilə daha rəqabətli olacaq borc bazarının ən böyük borcalanlarıyıq”.

Hesablama Palatasının rəhbəri vurğulayıb ki, borcun həcminə görə avrozonanın üçüncü ölkəsi olan Fransa üçün büdcə kəsirinin azaldılması prioritet məsələdir. 2026-cı ilin büdcə layihəsi dövlət borcunun ölkənin ÜDM-nin 118%-nə və ya 3,5 trilyon avroya qədər artması nəzərə alınmaqla, eyni zamanda büdcə kəsirinin ÜDM-in 5,4%-dən 4,6%-ə qədər azaldılması nəzərə alınmaqla hesablanıb.

Moskovisi həmçinin 2023-cü ildən sosial təminat kəsirinin iki dəfə artdığını və 2025-ci ildə 23 milyard avro təşkil edəcəyini açıqlayıb: “Fransanın maliyyə vəziyyətini fəlakətli hesab etmirəm. Ölkə ödəmə qabiliyyətinə malik ölkədir. Bir neçə ildən sonra maliyyə böhranı ilə üzləşsə belə, bu böhranının astanasında deyil”.

 

MənbəREPORT
Seçilən
6
5
banker.az

6Mənbələr