AZ

A Haber: Qarabağ Qələbəsinin 5 ci ildönümünü qeyd edən fotolar!

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Türkiyənin www.ahaber.com.tr saytında Azərbaycanın Ermənistan işğalına son qoyan İkinci Qarabağ müharibəsinin 5-ci ildönümünü paytaxt Bakıda hərbi paradla qeyd etməsi barədə geniş məqalə yayımlayıb. Yazıda qeyd edilir ki, paradda türk əsgərləri, Bayraktar TB-2, AKINCI Silahlı Pilotsuz Uçuş Aparatı (PUA), EREN raket sistemi, TRG-300 Kasırga reaktiv yaylım atəş sistemi və 6 ədəd F-16 döyüş təyyarəsi də iştirak edib.

Məqalədə deyilir: "Azərbaycan ordusunun 30 illik Ermənistanın Qarabağ işğalına son qoymasından 5 il ötür. Noyabrın 8-də Qələbə Gününün 5-ci ildönümü ilə əlaqədar Azərbaycan paytaxtında hərbi parad keçirib. Azadlıq meydanında keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif iştirak ediblər. Ərdoğan, Əliyev və Şərif mərasimi birlikdə izləyiblər. Mərasim üç ölkənin dövlət himnlərinin oxunması ilə başlayıb, ardınca 44 günlük müharibədə şəhid olan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident Ərdoğan, Əliyev və Şahbazın çıxışlarından sonra türk əsgərlərinin də iştirak etdiyi parad keçirilib."

Mərasimdə Azərbaycan Ordusunun quru, hava və xüsusi təyinatlı bölmələrinin keçidindən bəhs edən məqalə yazır: "44 günlük müharibədə istifadə edilən müasir hərbi texnika və zirehli texnikalar da nümayiş etdirilib. “Hero-120” və “SkyStriker Block 4” Taktik Hərəkət Sursatlarının təqdimatı keçirilib, həmçinin beşinci nəsil “IceBreaker” qanadlı raket kompleksi nümayiş etdirilib. Paradda Xəzər dənizində lövbər salmış hərbi gəmilər də iştirak edib, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr isə Azərbaycan bayrağının rəngləri ilə parad meydançasında tüstü izi buraxıb".

Agentlik bildirir: "Türkiyəni Prezident Mühafizə Alayının Komando Batalyonu, Bayraktar TB-2, AKINCI Silahlı Pilotsuz Uçuş Aparatı (PUA), EREN raket sistemi, TRG-300 Kasırga reaktiv yaylım atəş sistemi və 6 ədəd F-16 döyüş təyyarəsi təmsil edib. Pakistan-Çin birgə istehsalı olan JF-17 döyüş təyyarələrinin nümayiş etdirildiyi mərasimdə Pakistan Silahlı Qüvvələrinin bölmələri də iştirak edib. Mərasimdə İkinci Qarabağ müharibəsinin gedişatını dəyişdirən Azərbaycan inventarında olan pilotsuz uçuş aparatları (PUA) Bayraktar TB2 və Akıncı PUA-ları da iştirak edib. Nümayişdə Bakı sahillərində Xəzər dənizində lövbər salmış hərbi gəmilər və Hərbi Hava Qüvvələrinin təyyarələri də iştirak edərək Azərbaycan bayrağının rənglərində tüstü buraxıblar".

Daha sonra məqalədə Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad etmək üçün 44 günlük müharibə barədə yazıb: "44 gün davam edən və noyabrın 10-da başa çatan əməliyyatlarda 5 şəhər mərkəzi, 4 qəsəbə, 286 kənd erməni işğalından azad edilib. Azərbaycanla Ermənistan arasında müharibə Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra başa çatıb. Ermənistan noyabrın 10-da işğal olunmuş Ağdam, Laçın və Kəlbəcər vilayətlərinin boşaldılmasını öhdəsinə götürən müqavilə imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl Mustafa Kamal Atatürkün vəfatı ildönümünə təsadüf etdiyi üçün noyabrın 10-na təyin edilmiş Zəfər Bayramının tarixini dəyişdirmişdi. İlham Əliyevin qərarı ilə Qələbə günü noyabrın 8-i Şuşanın işğaldan azad olunduğu günə köçürülüb".

Məalənin sonunda yazılır: "Parad çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16-lar Bakı səmasında uçuşlar həyata keçirib. Türkiyə, Azərbaycan və Pakistan bayraqları ilə bəzədilmiş Azərbaycan helikopterləri də peyda oldu. Mərasimi izləmək üçün meydana toplaşan minlərlə insan Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb. Vətəndaşlar yoldan keçən qoşunları salamlayaraq “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər."

Məqalənin linki:

https://www.ahaber.com.tr/viral/galeri/liste/karabag-zaferinin-5-yilina-damga-vuran-kareler-turk-askerleri-ve-sihalar-torende-yer-aldi/11

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
sesqazeti.az

1Mənbələr