AZ

İranlı deputatdan QƏRİBƏ AÇIQLAMA: "Pezeşkianın Allahın təlimatlarına qarşı çıxması yağışların azalmasına səbəb olub"

İran parlamentinin deputatı Kamran Qəzənfəri ölkədə davam edən quraqlıq və su çatışmazlığına görə ölkə prezidenti Məsud Pezeşkianı ittiham edib.

Azreform.info bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Prezidentin məcburi hicaba qarşı mübarizədə əks mövqe tutması və Allahın təlimatlarına qarşı çıxması əxlaqsızlığın yayılmasına və yağışların azalmasına səbəb olub", - deyə millət vəkili iddia edib.

Qəzənfərinin sözlərinə görə, insanlar hicab və dini təlimatlara əməl etsələr, yağıntılar artacaq və su problemi həll ediləcək.

O, prezidentə müraciət edərək, bu il ölkədə baş verən fəsadların və su çatışmazlığının kökünü öz əməllərində görməsini və tutduğu yoldan qayıtmasını tövsiyə edib.

Seçilən
5
5
azreform.info

6Mənbələr