Bakı. Trend:
Gədəbəy şəhərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindəümumi sahəsi 120 m² olan 5 otaqlı mənzilinin eyvanında 1 ədədməişət avadanlığı və dam örtüyünün taxta atmaları 8 m² sahədəyanıb.
Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğınyanğından mühafizə bölmələri tərəfindən söndürülüb.