AZ

"Neftçi" azarkeşləri qapı arxasında qaldı

Azərbaycan Premyer Liqasının 11-ci turu – “Zəfər turu” çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçında qonaq komandanın çox sayda azarkeşi “Azərsun Arena”ya daxil ola bilməyiblər.

Publika.az xəbər verir ki, Bakı klubunun xeyli fanatı görüşü izləmək üçün stadiona gəlsələr, görüşü izləmək üçün bilet tapa bilməyiblər. Buna səbəb “Neftçi” azarkeşləri üçün ayrılan biletlərin tükənməsi olub.

Nəticədə azarkeşlər çöldə qalıblar. Onların bir qismi geri qayıtsalar da, qalanları arenın çölündə oyunu telefonlarla vasitəsilə izləyirlər.

Qeyd edək ki, qarşılaşma üçün “Qarabağ” tərəfindən satışa çıxarılmış bütün biletlər satılıb.

Seçilən
29
publika.az

1Mənbələr