AZ

"Milan" "Liverpul"un sabiq futbolçusunu istəyir

Braziliya millisinin sabiq üzvü Fabinyo Avropaya qayıtmaq istəyir.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Milan” maraq göstərir.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun üzvü olan yarımmüdafiəçi özü də, bu təklifə müsbət yanaşır. 

Ciddə şəhəri təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyununun 30-da başa çatacaq Fabinyo məhz bundan sonra “Milan”la müqavilə imzalamağa daha isti baxır.

“Rio Ave”, “Real Madrid Kastilya”, “Monako”, “Liverpul” klublarında oynamış braziliyalı 2023-cü ildən “Əl-İttihad”ın formasını geyinir.

 

saytlarin hazirlanmasi

Seçilən
1
1
sportal.az

2Mənbələr