ain.az bildirir, Qafqazinfo portalına istinadən.
İranın cənub-qərbində yerləşən Xuzistan ostanında güclü hava çirkliliyi səbəbindən ibtidai və orta məktəblərdə üzbəüz tədris 21 noyabra qədər dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, dərslər bu müddət ərzində məsafədən davam etdiriləcək.
Xuzistan ostanının rəsmisi Mehran Ələm Elhüda bildirib ki, ötən həftədən bəri hava çirkliliyi səbəbilə bölgədəki məktəblər və dövlət idarələrinin fəaliyyəti ya dayandırılıb, ya da gecikmə ilə icra olunur:
“Liseylər, universitetlər və dövlət müəssisələri isə fəaliyyətini davam etdirəcək. Meteorologiya İdarəsinin hesabatına əsasən, hava çirkliliyi hələ bir müddət davam edəcək”.
Qeyd edək ki, bölgənin bütün şəhərlərində çirklənmə səviyyəsi kritik həddə çatıb. Ən yüksək göstərici Əhvaz şəhərində – 209 mikroqram/kubmetr PM2.5 olub ki, bu da “çox sağlam olmayan” (bənövşəyi) səviyyə hesab olunur. Hazırda ostanda heç bir şəhər “təmiz hava” kateqoriyasına daxil edilmir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.