AZ

Bu yeməkləri folqaya bükmək olmaz - Tərkibinə alminium qarışır

"Folqada kələm və kartof bişirmək məsləhət görülmür, çünki bu zaman yemək içəridə buxarlanır və çiy qalır".

Milli.Az xəbər verir ki, rusiyalı qida mütəxəssisi Dmitri Bıstrovun sözlərinə görə bəzi qidalar folqa ilə reaksiyaya girərək tərkibindəki alüminiumu yeməyə keçirə bilər.

Folqada kələm və kartof bişirmək məsləhət görülmür, çünki bu zaman yemək içəridə buxarlanır və yarıçiy qalır. Tomat kimi turş məhsullar da alüminiumla reaksiyaya girir və folqanı zədələyir. Həmçinin, sitrus meyvələri və kəskin ədviyyatlar folqa ilə təmasda olduqda kimyəvi reaksiya yaradır və nəticədə yemək alüminium hissəciklərini özünə çəkir.

Bıstrov deyib ki, təcrübəsiz evdar qadınlar bəzən ətin və ya balığın folqaya yapışmasından şikayətlənirlər. Onun sözlərinə görə, bunu aradan qaldırmaq üçün əvvəlcə məhsulu bişirmə kağızına büküb, sonra folqaya qoymaq lazımdır. Bu üsul həm folqanı qoruyur, həm də yeməyi daha yumşaq və şirəli edir.

İsmayıl
Milli.Az

Seçilən
36
milli.az

1Mənbələr