AZ

Gəncə sakini dostu tərəfindən bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü Elgün Əliyev bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmənin yarası dərhal tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 16 yaşlı yeniyetmə oğlan dostu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
38
nocomment.az

1Mənbələr