AZ

“Qarabağ”dan ikinci qol - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq. 

QOL.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub. 

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gəlib. Qraşılaşma paytaxt təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatıb. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. "Sabah" isə bu matçda qələbə qazanaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. 

Turun son matçında isə Azərbaycan derbisi baş tutur. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edir. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək. Bu, komandalar arasında 100-cü derbi matçıdır.

9 noyabr (bazar)

18:44. “Qarabağ” - “Neftçi” - 2:0 (İkinci hissə)

Qol: Toral Bayramov, 50-pen., Kamilo Duran, 84
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
“Azersun Arena”

15:44. “Kəpəz” - “Sabah” - 1:3

Qol: Velko Simiç, 22 (0:1), Coy-Lens Mikesl, 28 (0:2), Olavale Onanuqa, 45+5 (1:2), İqor Noqeyra, 54 (1:3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu

7 noyabr (cümə)

“Şamaxı” - “İmişli” - 1:0

“Qəbələ” - “Sumqayıt” - 0:2

8 noyabr (şənbə)

“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1

“Zirə” - “Turan Tovuz” - 0:0


Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Seçilən
7
14
teleqraf.com

10Mənbələr