AZ

Trampın uşaqlığını keçirdiyi ev satışa çıxarıldı

ABŞ Prezidenti Donald Trampın həyatının ilk dörd (1946-1950) ilini keçirdiyi ev satışa çıxarılıb.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Evin yerləşdiyi bina Nyu-Yorkun Kvins bölgəsində, “Jamaica Estates” adlanan ərazidədir və D. Trampın atası Fred Tramp tərəfindən 1940-cı ildə inşa edilib.

Məlumata görə, “Tudor üslubunda” tikilmiş ev Manhettendən təxminən 23 kilometr məsafədə yerləşir. Donald Tramp dörd yaşına çatdıqdan sonra ailə yaxınlıqdakı başqa bir evə köçüb. Satışda olan evdə beş yataq otağı, təxminən 232 kvadratmetr yaşayış sahəsi və 93 kvadratmetrlik zirzəmi mövcuddur.

"Cebheinfo.az" 

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr