AZ

“Mbappe mənim üçün qardaş kimidir, amma..."

“Liverpul”un forvardı Uqo Ekitike Fransa PSJ-sində birgə çıxış etdiyi “Real”ın ulduz hücumçusu Kilian Mbappe ilə münasibətləri barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, “The Telegraph” futbolçunun dediklərini belə çatdırıb.

“O mənim üçün böyük qardaş kimi idi. Həmişə mənə yaxşılıq edirdi, məsləhətlər verirdi. Biz millidə də birlikdə oynaya və görüşə bilərik. O mənimdən daha sürətlidir. Mən də sürətliyəm, amma o dünyanın ən sürətli oyunçularından biridir.”

Bu mövsümdə “Liverpul”un yay transferi olan Ekitike bütün turnirlərdə 15 matç keçirib, 6 qol vurub və 1 assist edib. Klub hazırda İngiltərə Premyer Liqasında 18 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
29
90deqiqe.az

1Mənbələr