AZ

Göyçay narının kilosu 10 manata yüksəldi - Satışında REKORD HƏDD

Göyçayda keçirilən ənənəvi “Nar Festivalı” çərçivəsində satışa çıxarılan nar məhsullarının qiymətləri məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, narın qiyməti növünə və keyfiyyətinə görə dəyişir:

“Narın kiloqramı minimum 3 manat, maksimum isə 10 manat arasında dəyişir.

Bəziləri qiymətin baha olmasından şikayətlənirlər, amma bizim cavabımız budur bu Göyçay narıdır. Onun dadı və spesifikası tam fərqlidir".

Zivər Zeynalova bildirib ki, bu il festival çərçivəsində satışa çıxarılan nar məhsullarının ümumi həcmi 10 tondan artıqdır:

“Göyçayda keçirilən festivalda 100-dən çox şirkət və on minlərlə ziyarətçi iştirak edir,” icra başçısının müavini əlavə edib.

Nəzrin Elxan, Bizim.Media

Seçilən
3
5
bizim.media

10Mənbələr