“Qol vura bilmədik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XI turunda baş tutan "Qarabağ" və "Neftçi" matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, bu cür ucuz penallar verilməməlidir. Bu, bizə həddindən artıq çox pis təsir etdi. Düzdür, həmin epizodda kontakt var idi. Ancaq görünən odur ki, oyunçunu yıxmaqdan çox, özünün yıxılmaq istəyi vardı.
Komandamdan çox razıyam. Bu gün bu qədər adamın gəlməsinin səbəbi “Qarabağ” yox, “Neftçi”dir. Çünki biz insanlara ümid vermişdik. Düzdür, bəzi planlar pozuldu. Ancaq yaxşı oynadıq”.
Qeyd edək ki, Ağdam təmsilçisi “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.