Dünyaşöhrətli aktrisa Ancelina Coli Ukraynaya səfəri ilə bağlı paylaşım edib.
Aktrisa bu haqda instaqram səhifəsində yazıb.
“Cəbhə bölgəsində yaşayan ailələrlə görüşmək üçün bu həftə Ukraynada oldum. Dronların təhlükəsi daimi, ağır bir şəkildə hiss olunurdu. Göydə uğultu eşidirsən. Bir an var idi ki, dron uçarkən dayanıb gözləməli olduq. Qoruyucu geyimdə idim və mənim üçün bu, cəmi bir neçə gün idi. Buradakı ailələr hər gün bununla yaşayırlar”, - o qeyd edib. (Olay)
