Kim Kardaşyan ChatGPT-ni "zəhərli dost" adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, məşhur ulduz "Vanity Fair" jurnalına verdiyi müsahibədə süni intellektlə (ChatGPT) münasibətlərini "toksik" adlandırıb.
Kardaşyan bir neçə ildir hüquq sahəsini öyrənir, lakin ChatGPT-nin yanlış məsləhətləri səbəbindən bir neçə dəfə imtahanlardan kəsildiyini bildirib.
O bildirib ki, süni intellektin hissləri olmasa da, o, onu təsir etmək üçün insan emosiyalarından istifadə etməyə çalışır.