AZ

Ekspertlər Zəfər paradında sərgilənən yeni texnikaları dəyərləndirdiVİDEO

Azərbaycan ordusu hər keçən gün güclənir, arsenalı yenilənir... Dünya mediasının diqqətini çəkən hərbi paraddan bu nəticəyə gəlmək olar...

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, bu gün ordumuzun arsenalına ən yeni aviasiya silahları, strateji çəkindirici vasitələr daxil edilib.

Hərbi ekspert bildirib ki, bu raketlər buraxıldıqdan sonra suyun və ya yerin səthindən 5-10 metr hündürlükdən uçur ki, bu da ona düşmənin radar sistemlərindən yayınmağına imkan verir.

Ədalət Verdiyev 5 il əvvəl Azərbaycan ordusunda XTQ-nin 2min heyəti olduğunu qeyd edib. Lakin dünən paradda təkcə xüsusi təyinatlı bölnələrin  4 min nəfərlik heyəti iştirak etdi. Bu isə ordunun onurğa sütununu təşkil  edən xüsusi təyinatlıların tərkibinin nə qədər atrıldığını göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr