Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müayinəsi və maalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
***
20:13
Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Sıxılmış vəziyyətdə qalanların çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerinə həmçinin polis əməkdaşları və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.