AZ

Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

Noyabrın 9-da Qusar şəhərində II Qarabağ müharibəsi şəhidi Şixmir Qabil oğlu Ağamirovun şəhadətə ucalmasının 5-ci ildönümündə şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb.

Paralel.az xəbər verir ki şəhid Ağamirov Şixmir Qabil oğlu 5 aprel 1990-cı ildə Qusar şəhərində  anadan olub.
 

Azərbaycan Ordusunun baş giziri olmuş Şixmir Ağamirov 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


8 noyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.



Seçilən
81
2
paralel.az

3Mənbələr