Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Portuqaliyanın "Benfika" klubunun və Norveç milli komandasının yarımmüdafiəçisi Andreas Şelderup əxlaqsız video yaymaqda ittiham olunub.
Milli.Az xəbər verir ki, 21 yaşlı futbolçu Instagram hesabında etiraf edib ki, iki il əvvəl sosial şəbəkədə dostuna qısa video göndərib, ancaq onu tam izləmədiyi üçün içində qanunsuz material olduğunu bilməyib. Dostu xəbər verdikdən sonra mesajı silib.
Futbolçu hadisəni "ağılsız səhv" adlandıraraq tam məsuliyyəti öz üzərinə götürüb, polislə əməkdaşlıq etdiyini və bütün həqiqəti onlara danışdığını bildirib. O, baş verənlərin onun xarakterini əks etdirmədiyini qeyd edərək üzr istəyib.
Şeldərup "Benfika"da 2023-cü ildən çıxış edir, 60 oyun keçirib, 7 qol və 10 məhsuldar ötürmə edib.
İsmayıl
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.