AZ

BBC Trampdan üzr istəyəcək

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

BBC ABŞ prezidenti Donald Trampın çıxışını saxtalaşdırdığına görə üzr istəyəcək.

Milli.Az xəbər verir ki, "Times" qəzetinin məlumatına görə, BBC-nin İdarə Heyətinin sədri Samir Şan 10 noyabrda Britaniya Parlamentinin Mədəniyyət, Media və İdman Komitəsinə üzrxahlıq edəcək. Komitə bildirib ki, BBC Trampın çıxışını redaktə edərkən ciddi suallar yaradıb. Əgər korporasiyanın cavabı "qənaətbəxş" sayılmasa, BBC-nin idarə heyətinin sədri və baş direktoru Tim Deyvi komitə qarşısına çıxacaq.

Qeyd edək ki, söhbət "Panorama" proqramında yayımlanan çıxışdan gedir. Belə ki, onun əvvəl dedikləri ilə 1 saat sonra dedikləri birləşdirilərək yanlış anlaşılmaya səbəb olmuşdu.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news.milli.az

2Mənbələr