Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Real Madrid” yeni transferlər üçün hər hansı auksion və ya qiymət yarışına qoşulmağı planlaşdırmır.
İdman.Biz xəbər verir ki, “As” nəşrinin məlumatına görə, klub yalnız öz müəyyən etdiyi şərtlər çərçivəsində danışıqlar aparacaq.
Məlumata görə, İbrahima Konate ilə bağlı vəziyyət Madrid klubu üçün müsbət görünür. “Liverpul” futbolçusunu artıq itirdiyini düşünür və Konate “Real Madrid”lə bağlı mövqeyini ehtiyatlı formada qoruyur.
Bunun əksinə olaraq, Dayo Upamekano ilə bağlı proses çətin qiymətləndirilir. “Bavariya” həm müdafiəçini saxlamaq, həm də onunla müqaviləni uzatmağı prioritet hesab edir. Eyni zamanda Münhen klubu Konate ilə də maraqlanır, lakin əsas diqqət Upamekano ilə yeni anlaşmaya yönəlib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.