Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov (71 kiloqram) Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.
AZƏRTAC xəbər verir ki, milli üzvü birdən qaldırmada 147 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə bürünc mükafat əldə edib.
O, təkanla qaldırmada 177 kiloqram çəkini başı üzərinə qaldıraraq ikinci yeri tutub.
İsa Rüstəmov iki hərəkətin cəmində isə 324 kiloqram nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, ötən gün Azərbaycanın qadın ağırlıqqaldıranı Nuray Əbilova (48 kiloqram) 3 bürünc medal qazanıb.