AZ

Türkiyədə 80 dən çox şəxs qidadan zəhərlənib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Rize şəhərində 84 nəfər qidadan zəhərlənib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Muradiye rayonunda mövlud oxudulan evlərdən birində baş verib.

Belə ki, qonaqlar onlar üçün hazırlanan yeməyi yedikdən sonra bulantı və qusma yaşayıblar.

Ümumilikdə 84 nəfər zəhərlənmə diaqnozu ilə yerli xəstəxanada hospitalizasiya edilib. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır olduğu qeyd olunub.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
5
cebheinfo.az

6Mənbələr