
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Anım Günü və Zəfər Gününə həsr olunmuş tədbirlər həyata keçirilib.
Gənclər arasında “Qəhrəmanların izi ilə” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarış gənclərin Vətən müharibəsi tariximizi daha dərindən öyrənməsinə, qəhrəmanlıq irsimizin təbliğinə və milli yaddaşın yaşadılmasına xidmət edib. Maraqlı bilik mübarizəsindən sonra qalib komanda seçilərək mükafatlandırılıb.
Zəfər Günü münasibətilə keçirilən digər tədbir isə “Zəfər Xəritəsi” layihəsi olub. Komandalar Qarabağ bölgəsinin maketini hazırlayaraq, rəngarəng boyalar vasitəsilə zəfərimizin ruhunu xəritə üzərində canlandırıblar..
Layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik dəyərlərinə sədaqəti və milli birliyi daha da möhkəmləndirmək olub. Tədbir gənclərin həm yaradıcı potensialını, həm də Vətən sevgisini ifadə etdiyi yaddaqalan anlarla yadda qalıb. 



- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta