İranın şimal-şərqində yerləşən Məşhəd şəhərini su ilə təmin edən su anbarlarında vəziyyət kritik həddə çatıb.
Musavat.com ISNA agentliyinə istinadən xəbər verir ki, şəhərin su təsərrüfatı şirkətinin baş direktoru Hüseyn Əsməelian bildirib ki, anbarlardakı su səviyyəsi 3 faizdən də aşağı düşüb.
Rəsmi məlumatlara əsasən, Məşhəddə su istehlakı hazırda saniyədə təxminən 8 min litr təşkil edir. Bunun yalnız 1–1,5 min litri su anbarlarından gəlir.
Əsməelian qeyd edib ki, əgər sakinlər su istehlakını 20 faiz azaltsalar, vəziyyəti normalaşdırmaq mümkün olacaq və suya məhdudiyyət və ya kəsintilərə ehtiyac qalmayacaq.
O, həmçinin xəbərdarlıq edib ki, əgər istehlak azaldılmasa, ilk məhdudiyyətlər ən çox su sərf edən müəssisələrə tətbiq olunacaq.
Dörd milyonadək əhalisi olan və İranın müqəddəs şəhərlərindən biri sayılan Məşhəd su ilə əsasən dörd su anbarından təmin olunur.
Musavat.com