Bakı. Trend:
Azərbaycanın cüdoçusu Zelim Kotsoyev Ər-Riyad şəhərindəkeçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Trend xəbər verir ki, 100kiloqram çəki dərəcəsində çıxış edən Z.Kotsoyev finalda misirliÖmər Əşrəf Cəmaləddinə məğlub olaraq fəxri kürsünün ikincipilləsinə qalxıb.
Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc mükafata sahibçıxıb.
Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başavurublar. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və SüdabəAğayeva (70 kiloqram) qızıl, Könül Əliyeva (48 kiloqram) gümüş,Aytac Qardaşxanlı (70 kiloqram), Elcan Hacıyev (90 kiloqram), AydanVəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürüncmükafat əldə ediblər.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi noyabrın 10-daqarışıq komanda yarışında çıxış edəcək. Yığmamız 1/4 finaldaSəudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.