Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ-yə rəsmi səfər edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə SANA dövlət agentliyi xəbər yayıb.
Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dən olan həmkarı Donald Trampla görüşəcək.
ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona gözlənilən səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmağı gözlədiyini bildirib.
Suriya lideri əvvəllər də ABŞ-yə səfər edib. Onun səfəri bu ilin sentyabrında BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.