Türkiyə musiqisinin sevilən səslərindən olan Ferdi Tayfur ölümündən sonra var-dövləti ilə gündəmə gəlib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, sənətçidən qalan böyük miras üstündə qalmaqal da yaşanır.
Məlumata görə, Tayfurdan 6 milyard lirə (təxminən 241 milyon manat) sərvət qaldığı bildirilir.
Sənətçinin qızı Tuğçenin atasının mal-mülkü ilə bağlı məhkəmə qalmaqalı uzun müddət gündəmdən düşməyib.
Mərhum sənətçi ölməzdən qabaq sərvətinin böyük qismini bölüşdürüb. O, Türkiyə ordusuna və bir sıra başqa qurumlara da mal-dövlətindən miras qoyub.
Tayfurun sərvətindən ən böyük pay isə üç övladına və digər yaxın qohumlarına düşüb.
Maraqlıdır ki, o, qızı Tuğçeyə və oğlu Timura sərvətindən heç nə verməyib.