Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında daha 5 medal qazanıblar.
Rekord.az xəbər verir ki, milli üzvləri günü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar.
70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.
100 kq çəki dərəcəsində son Olimpiya çempionu Zelim Kotsoyev də qızıl medal uğrunda tatamiyə çıxıb. Lakin o, həlledici görüşdə misirli rəqibi Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.
+100 kq çəki dərəcəsində Uşanqi Kokauri də bürünc medal uğrunda döşək üzərinə çıxıb. Təmsilçimiz həlledici görüşdə misirli Mohamed Masoud Aborakian ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən Kokauri üçüncü olub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.