AZ

Slovakiyada iki qatar toqquşdu - Xəsarət alanlar

BAKI, 10 noyabr. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki qatar toqquşub.

Teleqraf xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Hadisə Bratislava ilə Pezinok şəhəri arasında yerləşən dəmir yolu xəttində baş verib. Əraziyə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Slovakiyanın yerli KİV-lərinin məlumatına görə, hadisə nəticəsində xeyli sayda yaralı var. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün polis və dəmir yolu nəqliyyatı üzrə mütəxəssislər araşdırmaya başlayıb.

Seçilən
30
3
teleqraf.com

4Mənbələr