AZ

Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm


“Bir həftəlik, yaxud 10 günlük Bakıya gələcəyəm“.


 Bu barədə ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Müsavat TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən ay qızı, həyat yolaşı və nəvəsi Azərbaycana səfər edib.

“Ola bilsin, mən də bir həftlik, yaxud bir aylıq Azərbaycana səfər edim. Baxaq da…”-deyə R.Quliyev vurğulayıb. Sabiq sədr azad olunmuş Qarabağa, Xankəndinə getmək istədiyini deyib.

Eks-spiker ABŞ-dan birdəfəlik Azərbaycana yaşamaq üçün köçməyi istisna edib: “Mənim bir aydan sonra 78 yaşım tamam olur. Bu çox böyük yaşdır. Gəlib Azərbaycanda nə edəcəyəm? Övladlarım, nəvələrim Amerikada işləyir, yaşayır. Onlar daha Azərbaycana köçüb yaşayası deyillər. Gələndə də səfərə gəlib qayıda bilərlər”.


Seçilən
7
1
nuh.az

2Mənbələr