AZ

İran və Rusiya Xəzərdə konsorsium yaradır

İran və Rusiya birgə dənizçilik konsorsiumu yaratmaq barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, məlumatı İranın Moskvadakı səfiri Kazem Cəlali X platformasında açıqlayıb.

Onun sözlərinə görə, razılaşma 6-7 noyabr tarixlərində Mahaçqalada hər iki ölkənin iri şirkətlərinin və hökumətlərinin nümayəndələrinin qatıldığı danışıqlardan sonra əldə edilib: "Görüşdə bu konsorsiumun strukturu və çərçivəsi, həmçinin növbəti ay ərzində danışıqlar zamanı detalları və rəsmi mətni hazırlamaq və təqdim etmək barədə razılığa gəlinib".

O qeyd edib ki, ticarət, nəqliyyat və tranzitin inkişaf etdirilməsi belə bir konsorsiumun yaradılmasının "strateji məqsədi"dir.

Qeyd edək ki, İran Rusiyaya yüklərin daşınmasında Xəzər dənizindən istifadəyə üstünlük verməyə çalışır. Onun belə daşımaları həyata keçirmək üçün yük donanması demək olar ki, yoxdur. Tehran Rusiya vəsaiti hesabına Rusiya şirkətlərinə yük gəmiləri tikdirməyə çalışır.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr