AZ

ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasına dair qanun layihəsini qəbul edib - YENİLƏNİB

ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasına dair qanun layihəsini qəbul edib.

APA CNN-ə istinadən xəbər verir ki, ABŞ Senatı hökumətin fəaliyyətini yenidən bərpa etməyə və ölkə tarixində ən uzunmüddətli – 40 gün davam edən “şatdaun”a son qoymağa imkan verəcək qanun layihəsini təsdiqləyib.

Sənəd 60 səs lehinə, 40 səs əleyhinə olmaqla qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl 13 dəfə Senat qanun layihəsini razılaşdıra bilməmişdi, çünki demokratlar səhiyyə subsidiyalarının artırılması tələbi ilə səsverməni bloklayırdılar. Lakin bu dəfə bir qrup demokrat respublikaçılarla birlikdə səs verərək qanun layihəsinin irəli çəkilməsinə dəstək olub.

Razılaşmaya əsasən, üç nazirliyi – o cümlədən Kənd Təsərrüfatı Nazirliyini – gələn ilinin sonunadək maliyyələşdirən qanunlar, eləcə də digər dövlət qurumlarının 30 yanvaradək mövcud səviyyədə maliyyələşməsini təmin edən qətnamə qəbul ediləcək.

Qanun layihəsi Senatda yekun şəkildə təsdiqləndikdən sonra Nümayəndələr Palatasına göndəriləcək və Prezident Donald Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Prosesin bir neçə gün çəkəcəyi gözlənilir.

***

00:17

ABŞ Senatındakı Demokratlar hökumətin fəaliyyətinin qismən dayandırılmasına (“şatdaun”) son qoymaq məqsədilə hazırlanan qanun layihələri paketini qəbul etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ən azı on demokrat senator xərclər və qısamüddətli maliyyələşdirmə ilə bağlı qanun layihələrinin yanvarın sonunadək irəli aparılmasını nəzərdə tutan prosedur təklifini dəstəkləyəcək.

Nəşr qeyd edir ki, bu, son bir ayda hökumətin fəaliyyətinin bərpası istiqamətində aparılan danışıqlarda ən mühüm irəliləyiş hesab olunur.

Seçilən
28
3
apa.az

4Mənbələr