44 günlük Vətən Müharibəsinin qəhrəmanı, şəhid baş leytenant Mahir Dadaşzadənin atası Qərib Təhməzova yüksək vəzifə verilib. Vətəninfo.az xəbər verir ki, uzun illərdir vergi sistemində işləyən Qərib Təhməzov Dövlət Vergi Xidmətinin rəisinin müvafiq əmri ilə Dövlət Vergi xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin rəis müavini təyin edilib.
Birinci Qarabağ müharibəsinin veteranı olan Qərib Təhməzov 1998-ci ildən Vergilər Nazirliyində çalışır.
Qərib Təhməzov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 11.02.2020-ci il tarixli sərəncamı ilə Vergi orqanlarında xidmətdə fərqlənməsinə görə Azərbaycan Respublikasının 3-cü dərəcəli medalı ilə təltif edilib.