Həddindən artıq qəhvə içmək yaddaşı zəiflədir.
Bizim.Media "Ensonhaber"-ə istinadən xəbər verir ki, gündəlik 4 fincandan çox qəhvə içməyin yaddaşı zəiflətdiyi və öyrənməyə mənfi təsir etdiyi araşdırmalarla sübut edilib.
Xüsusilə tələbələrin diqqət etməsi lazım olan kofein istehlakı yuxu rejimini də təsir edə bilər.
Çay, qəhvə və enerji içkiləri günümüzdə xüsusilə gənclər və tələbələr tərəfindən intensiv şəkildə istehlak edilir.
Araşdırmalar göstərir ki, kofein konsentrasiyanı artıraraq zehni aydınlaşdırır, lakin fayda görmək üçün həddində içmək lazımdır.
Günlük 3–4 fincan qəhvə yetərlidir
Kofein diqqətlə istehlak edildikdə diqqət dağınıqlığını azaldır və zehni performansı dəstəkləyir. Lakin gündəlik 300–400 milliqramı, yəni 3–4 fincan qəhvə həddini aşmamaq lazımdır.
Həddən artıq qəhvə istehlaki yaddaşı zəiflədir
Daha çox tələbələrin səhər saatlarında içdikləri 1–2 fincan qəhvə fayda verir, lakin çox kofein qəbulunun mənfi təsirləri var. Həddindən artıq qəhvə yuxusuzluğa, gərginliyə və narahatlığa səbəb olur. Gec saatlarda içilən qəhvə isə yuxu rejimini pozaraq yaddaşı zəiflədir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta