Futbol üzrə Portuqaliya çempionatında kuryoz qol qeyd alınıb.
"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, "Benfika" - "Kasa Pia" oyununda meydan sahibləri tarixləri ərzində ən kuryoz qollardan birini buraxıblar.
Oyunun 65-ci dəqiqəsində "Benfika"nın ukraynalı qapıçısı Anatoli Trubin rəqibin penalti zərbəsini qaytarıb. Qayıdan topu meydan sahiblərinin portuqaliyalı futbolçusu Tamas Arauju öz qapısından keçirib.
Kuryoz qola qədər "Benfika" 2:0 hesabı ilə öndə olsa da, rəqib son dəqiqələrdə daha bir top vuraraq, məğlubiyyətdən yaxa qurtarıb (2:2).
"Cebheinfo.az"